ŞƏBƏDƏ QOŞMAQ
ŞƏFA VERMƏK
OBASTAN VİKİ
Şəfa
Şəfa — Azərbaycanlı kişi və qadın adı; təxəllüs. Qadın adı Şəfa Hüseynova — azərbaycanlı müğənni. Kişi adı Şəfa Zikri İbrahim — kürd əsilli İraq jurnalisti və müxbiri. Şəfa Əliyev — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru. Təxəllüs Şərafət Şəfa — jurnalist, şairə Digər Şəfa FK — Bakıda futbol klubu Şəfa piri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah.
"Şəfa" stadionu
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. == İnşası == Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
Şəfa (müğənni)
Şəfa (28 mart 1975, Qaraqaya, Krasnoselsk rayonu, Ermənistan SSR – 4 dekabr 2005) — azərbaycanlı müğənni. Şəfa Hüseynova 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olmuşdur. 1988-ci ildə ailəsi ilə birlikdə öz doğma el-obasından didərgin düşüb Sumqayıt şəhərinə pənah gətirib. Hələ uşaq yaşlarından şeir yazmağa böyük həvəsi olan Şəfa, Dağlar şeri ilə ilk dəfə AzTV-nin "Kövrək qədəmlər" verlişində çıxış edib. Sonralar öz yaradıcılığını daha da genişləndirib. Orta məktəbi əla qiymətlərlə bitirən Şəfa 1992-ci ildə Türkiyə cumhuriyyətinin Egey Universitetinin Türk filalogiyası fakültəsinə qəbul olunur. Burada oxuduğu illərdə tələbə yoldaşları ilə birlikdə asudə vaxtlarında konsert proqramları təşkil edir və ordan gələn gəliri o dövrdə fəaliyyət göstərən Qarabağa xalq yardımı cəmiyyəti fonduna köçürür. Vətən həsrətinə dözməyən Şəfa 1993-cü ildə vətənə qayıdır və təhsilini Bakı Dövlət Universitetində davam etdirir. Universitetdə oxuduğu illərdə tələbə və müəllimlərin böyük hörmətini qazanmışdır. Universiteti bitirdikdən sonra həyat fəaliyyətini tamamilə musiqiyə bağlayan Şəfa Azərbaycanın xalq artistlərindən müntəzəm olaraq öyrənir, onlardan rəy alırdı.
Şəfa Hüseynova

Şəfa piri
Şəfa piri — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Zeyvə kəndində ziyarətgah. Vaxtilə bu pirin binası möhrədən olmuşdur. Hazırda pirin binası bərpa edilmiş və daşdan inşa olunmuşdur. Bina dördkünc formalıdır. İçərisində uzunsov, dördkünc formalı qəbir daşı vardır. Daşın üzəri nəbati ornamentlə yüksək zövqlə naxışlanmışdır. Lakin bəzi qismlər aşındığından naxışlar pozulmuşdur. Müxtəlif xəstəliyə tutulan insanlar piri ziyarət edib şəfa tapdığı üçün yerli əhali pirə Şəfa piri adı vermişdir. İnama görə sarı yara xəstəliyi olanlar həftənin çərşənbə günləri o ocağın torpağından götürüb sürtəndə sağalarmışlar. Hazırda pirin içərisində müxtəlif vaxtlarda buraya gətirilmiş nəzirlər qalmaqdadır.
Şəfa stadionu
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
Şəfa Əliyev
Əliyev Şəfa Tiflis oğlu (30 sentyabr 1959, Birinci Mahmudlu, Füzuli rayonu) — Sumqayıt Dövlət Universitetinin professoru, iqtisad elmləri doktoru, Beynəlxalq İqtisadçılar Assosiasiyasının üzvü, Yeni Azərbaycan Partiyasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Şəfa Əliyev 30 sentyabr 1959-cu ildə Füzuli rayonunun Birinci Mahmudlu kəndində anadan olmuşdur. O, 1967-ci ildə Birinci Mahmudlu kənd orta məktəbinin 1-ci sinifinə getmiş və 1977-ci ildə Bala Bəhmənli kənd orta məktəbini bitirmişdir. 1978-1980-ci illərdə Rusiyanın Murmansk vilayətində və Moskva şəhərində sovet ordusu sıralarında xidmət etmişdir. 1986-cı ildə Azərbaycan Xalq Təsərrüfatı İnstutunun uçot-iqtisad fakültəsini bitirmiş və iqtisadçı ixtisasına yiyələnmişdir. Şəfa Əliyev ailəlidir. Üç övladı və 6 nəvəsi var. Əmək fəaliyyətinə 1978-ci ildə Füzuli rayonunun M.B.Qasımov adına kollektiv təsərrüfatında fəhlə kimi başlamışdır. 1981-1984-cü illərdə Sumqayıt “Sintezkauçuk” zavodunda aparatçı və mühasib vəzifələrində işləmişdir. 1984-1986-cı illərdə Sumqayıt 41 saylı Orta Texniki Peşə Məktəbin Komsomol Komitəsi katibi, 1986–1989-cu illərdə Sumqayıt “Sintezkauçuk” İstehsalat Birliyinin raykom hüquqlu Komsomol Komitəsi katibinin müavini və katibi vəzifələrində çalışmışdır.
Şəfa FK
Şəfa FK — və ya rəsmi adı ilə Şəfa Futbol Klubu. Azərbaycanın Bakı şəhərini təmsil edən, Şəfa klubu 1998-ci ildə fəaliyyətə başlamışdır. 2005-ci ildə maddi problemlər səbəbi ilə fəaliyyətini dayandırsa da, 2022-ci ildə yenidən fəaliyyətini bərpa etmişdir. Klubun bünövrəsi 1998-ci ildə qoyuldu. 1998/1999-cu il mövsümü. İlk mövsümün elə ilk oyunundan klub təcrübə toplamağa başladı. Təbii ki, Şəfa liqada yeni klub idi. 15 avqust 1998-ci ildə ilk oyunu Şəmkirə qarşı oldu, 2-0 məğlubiyyətlə üzləşdi. Klub ilk qolunun ikinci qarşılmasında, 9 sentyabr tarixində, Kəpəzin qapısından keçirdi. Daha sonra ard-arda məğlubiyyətlər almağa başladı.
Şəfa Bakı FK
Şəfa Məmmədova (müğənni)
Şəfa (28 mart 1975, Qaraqaya, Krasnoselsk rayonu, Ermənistan SSR – 4 dekabr 2005) — azərbaycanlı müğənni. Şəfa Hüseynova 1975-ci ildə Qaraqoyunlu mahalının Qaraqaya kəndində ziyalı ailəsində anadan olmuşdur. 1988-ci ildə ailəsi ilə birlikdə öz doğma el-obasından didərgin düşüb Sumqayıt şəhərinə pənah gətirib. Hələ uşaq yaşlarından şeir yazmağa böyük həvəsi olan Şəfa, Dağlar şeri ilə ilk dəfə AzTV-nin "Kövrək qədəmlər" verlişində çıxış edib. Sonralar öz yaradıcılığını daha da genişləndirib. Orta məktəbi əla qiymətlərlə bitirən Şəfa 1992-ci ildə Türkiyə cumhuriyyətinin Egey Universitetinin Türk filalogiyası fakültəsinə qəbul olunur. Burada oxuduğu illərdə tələbə yoldaşları ilə birlikdə asudə vaxtlarında konsert proqramları təşkil edir və ordan gələn gəliri o dövrdə fəaliyyət göstərən Qarabağa xalq yardımı cəmiyyəti fonduna köçürür. Vətən həsrətinə dözməyən Şəfa 1993-cü ildə vətənə qayıdır və təhsilini Bakı Dövlət Universitetində davam etdirir. Universitetdə oxuduğu illərdə tələbə və müəllimlərin böyük hörmətini qazanmışdır. Universiteti bitirdikdən sonra həyat fəaliyyətini tamamilə musiqiyə bağlayan Şəfa Azərbaycanın xalq artistlərindən müntəzəm olaraq öyrənir, onlardan rəy alırdı.
Şəfa Zikri İbrahim
Şəfa Zikri İbrahim və ya Şəfa Zikri Gərdi (kürd. شیفا گەردی; 1 iyul 1986, İran – 25 fevral 2017, Mosul) — kürd əsilli İraq jurnalisti və müxbiri. Şəfa Zikri İbrahim 1 iyul 1986-cı ildə İranın Rey şəhərində anadan olmuşdur. O, qərargahı Ərbildə yerləşən "Rudaw" telekanalında müxbir işləmişdir. Zikri İbrahim Mosul əməliyyatı zamanı müxbir kimi çalışmışdır. O, 25 fevral 2017-ci ildə, 30 yaşında, İraq müharibəsi haqqında xəbər hazırlayarkən yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində həlak olmuşdur.
Şəfa bulağı (film, 1981)
Kinolentdə bərəkətli torpağımızın əvəzsiz neməti olan şəfa qaynaqlarından, şərbət bulaqlarından söhbət açılır. Filmin qəhrəmanı cövhərində sağlamlıq məlhəmi olan su-Darı Dağ suyudur. Qədim Naxçıvanın yenicə arayıb ərsəyə gətirdiyi şəfa qaynağı. Darı Dağın mərgümüşlü suyunun şəfaverici xüsusiyyəti ilə yanaşı xalq təsərrüfatında, yeyinti sənayesində istifadə edilməsi vacib olan bir sıra xassələri də aşkar edilmişdir. Film bu barədə söhbət açır. Rejissor: Xamiz Muradov Ssenari müəllifi: Sabir Əhmədov Operator: Vladimir Konyagin Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər.
Şəfa nöqtələri (film, 1977)
Şəfa nəğməsi (film, 1944)
Film gənc həkim Hüsniyyə Diyarova haqqındadır. O, Abşeronda hərbi qospitalda işləyir və yüzlərlə cəbhəçinin sağlamlığını özünə qaytarırdı. Sonralar bu həkim cərrah-endokrinoloq, tibb elmləri doktoru, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun ümumi cərrahlıq kafedrasının professoru kimi məşhurlaşmışdır. Ssenari müəllifi: Qəmər Salamzadə Rejissor: Qəmər Salamzadə Bəstəkar: Tofiq Quliyev Operator: Seyfulla Bədəlov Səs operatoru: İlya Ozerski Mahnıların mətni: Məmməd Rahim Mahnı ifa edən: Bülbül Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 87-88.